Rəmiş Cəfərovun evinə maskalılar girib?
DİN-dən AÇIQLAMA
Hüquq müdafiəçisi Rüfət Səfərov canlı yayımda bu gün prospekti bağlayan "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə “qara maskalılar”ın girdiyini iddia edib.
 
Senzor.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov KİV-in sorğusuna cavab olaraq hüquq müdafiəçisinin iddialarına cavab verib: "Bunlar hamısı əsassızdır. Onun evinə, ofisinə heç bir “qara maskalı”, naməlum şəxs girməyib. Sürücü Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov minlərlə insanın işə gecikməsinə səbəb olan oğluna bəraət qazandırmaq istəyir.
 
R.Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. O saxlanılıb, araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
 
DİN rəsmisi təəssüflə vurğulayıb ki, bəzi şəxslər sürücülərin bu hərəkətindən özlərinin siyasi məqsədləri üçün istifadə etməyə cəhd edirlər: "Halbuki ortada konkret qanun pozuntusu var. Ona görə də həmin cəhdlər bəribaşdan iflasa uğrayıb".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.