Bir müddət əvvəl itkin düşərək tapılan Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı Hüseynli Vüsal Elşən oğlu hərbi məktəbdən kənarlaşdırılacaq."Report"un məlumatına görə, Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə apardığı axtarış tədbirləri nəticəsində tapılaraq hərbi məktəbə qaytarılan kursantla söhbət zamanı onun yoxa çıxması səbəbinin yalnız şəxsi intizamsızlığı, məsuliyyətsizliyi və ailə məişət zəminində yaranmış problemlər olduğu müəyyən edilib.
Belə ki, nizamnamə qaydalarını pozaraq heç bir əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə kursant V.Hüseynli hadisənin təfərrüatları tam araşdırıldıqdan sonra hərbi məktəbdən kənarlaşdırılacaq.