Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Senzor.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, E.Abdullayev bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri vəzifəsində çalışıb. Prezident digər sərəncamı ilə Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
C.Cəbrayılov isə bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyib. Dövlət başçısı Kürdəmir rayonuna da yeni icra başçısı təyin edib. Bundan sonra rayona Elxan Oqtay oğlu İbrahimov rəhbərlik edəcək.
Elxan İbrahimov bundan əvvəl Şamaxı Rayon İcra Hakimiyyətində başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edib.