"Mehdiyev bir lənət olub keçib Azərbaycanın boğazına" - “ÖLKƏDƏ SİYASİ VƏ MƏNƏVİ TERRORUN “XAÇ ATASI” ODUR”
CÜMŞÜD NURİYEVDƏN SENSASİON AÇIQLAMALAR

Cümşüd Nuriyev: “Mehdiyev Azərbaycan mediasını, mədəniyyətini, elmini, siyasətini məhv edib”

 

"Milli Məclis, dövlət orqanları onun adamlarından təmizlənməlidir, böyük biznes strukturları əlindən alınmalıdır"

 

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsindən də istefa verməsinə baxmayaraq, dövləti və hakimiyyəti şantaj edən məqaləsi, açıqlamaları gündəmin əsas mövzusu olaraq qalır. Mehdiyev və şəbəkəsi mövqelərinin itirilməsi ilə barışmaq istəmir, gücünü qorumaq üçün əlindən gələni edir.

 

“AzPolitika.info”nun əməkdaşı Rasim Əliyev  bu mövzunu politoloq Cümşüd Nuriyevlə müzakirə edib: 

- Cümşüd bəy, Ramiz Mehdiyev istefa verdiyini və bundan sonra evində oturub kitablar yazmaqla məşğul olacağını bildirib. Lakin çoxları Mehdiyevin ənənəvi fəaliyyətini davam etdirəcəyini, intriqalardan əl çəkməyəcəyini ehtimal edir...

 

- Mən fikirlərimi Mehdiyev hələ vəzifədə olarkən demişəm. Hazırda görünən odur ki, bu şəxs vəzifədən getmək istəmir. Əvvəl elan edir ki, istefa verəcək, sonra deyir ki, ölkə Prezidentinə müraciət edəcək və bundan sonra istefası reallaşacaq. Deyir ki, Prezidentə müraciət edəcək və o, hansı qərar verəcəksə, ona uyğun addım atacaq. Özünə o qədər yüksək qiymət verir ki, nəticədə bunun daxili eqosu aşıb-daşır.

Azərbaycan cəmiyyəti bütövlükdə bu adamın üzərinə getdi. İnsan bu səviyyəyə düşürsə, özünü tam xərcləyib bitirmiş sayılır. Bilirsinizmi, Mehdiyev bir lənət olub keçib Azərbaycanın boğazına. Adam sovet vaxtı ideologiyaçı idi, hamıdan yaxşı dolanırdı. O, ərəb və fars dillərini bilmədən Nadir Şahdan əsər yazıb. Belə çıxırdı ki, bu adam “dahi”dir, orta hesabla gün ərzində yüzlərlə səhifə yazı yazırmış. Mehdiyev AMEA-da ağlına nə gəldisə, onu da etdi.

 

O, Azərbaycan mediasını, mədəniyyətini, elmini, siyasətini məhv edib. Əxlaqımıza elə eybəcər məqamları calaq edib ki, illərlə bundan qurtula bilməyəcəyik.

 

Yaltaqlıq, intriqabazlıq, qeybət, ara qarışdırmaq, dövlət əleyhinə gizli təxribat aparmaq - bütün bunlar onun Azərbaycana gətirdiyi “dəyərlər”dir.

 

- Nəhayət, Ramiz Mehdiyev epoxası başa çatırmı?

 

- Əlbəttə, sözdə başa çatıb, amma hüquqi baxımdan hələlik lazımi sonluq yoxdur. Hər halda onun vəzifədən göndərilməsi Prezidentin səlahiyyətindədir. Amma onun vurduğu yaraları, ziyanları təmizləmək vacibdir. Bunun üçün bir sıra addımlar atılmalıdır.

Birincisi, Milli Məclis də onun adamlarından təmizlənməlidir. Danışanların arasında bəlkə də onun adamları da var idi, özü tapşırıq vermişdi ki, siz də söyün, amma mən nə desəm gələcəkdə onu edəcəksiniz.

 

Həmçinin, Nazirlər Kabineti onun yerləşdirdiyi adamlardan təmizlənməlidir. Prezident Administrasiyasında da bir neçə şöbə müdri onun istəyi ilə təyin olunub.

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvüdür. Bu necə ola bilər? O Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılmalıdır. Heç olmasa, 15-16 rayonda icra başçıları ona yaxın adamlardır. Bu adamlar da getməlidir.

ƏTRAFLI

Espumisan C

Həmçinin, Respublika Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Miqrasiya Xidməti, Fövqəladə Hallar Nazirliyi Mehdiyevin adamlarından təmizlənməlidir.

Üstəlik, Mehdiyevin böyük biznes strukturları var: BTB Bankı, Mehdiabadda şərab zavodu və s. Bütün biznesi əlindən alınmalıdır! Bu mənada hesab edirəm ki, Mehdiyev epoxası hələ başa çatmayıb, sadəcə bunun üçün qapı açılıb...

 

- İddia edirsiniz ki, Mehdiyevin hələ də müəyyən bir şəbəkəsi var və fəaliyyətini davam etdirir?

 

- Bəli, böyük şəbəkəsi var. Milli Məclisdə adam var ki, 30 ildir deputatdır. Sovet vaxtından seçilənlər var ki, indi də parlamentdədirlər. Bunların hamısı Ramiz Mehdiyevin adamlarıdır. Bu dövlətə kömək etmək istəyənləri də onlar ləkələyir, qaralayırlar.

 

Mehdiyevin vicdanına ən azı bir neçə alimin ölümü yazılmalıdır. Nə mənada? Çünki bu adamlar mənəvi terrora məruz qalıblar. İstiqlalçı millət vəkillərindən Mürşüd Məmmədlinin, Məryəm Həsənovanın, Ədalət Rəhimlinin, Şadman Hüseynin ölümündə bunun mənəvi məsuliyyəti var. Mən hələ başqalarını demirəm. Mehdiyev və Əli Həsənovun yaratdığı “maşın” əsl vətənpərvərləri dişdən-daraqdan keçirdi. Azərbaycan ziyalıları niyə yaman gündədir? Çünki əksəriyyətini mənəvi baxımdan məhv ediblər... 


 

- Ramiz Mehdiyevin şəbəkəsi?...

 

- Bəli. Onun elmimizə, dövlətimizə, xalqımıza nələr etdiyi, hansı ziyanlar vurduğunu danışmağa başlasaq bir neçə saat, bəlkə də günlər lazım olacaq. Bir daha qeyd edirəm ki, bu adam AMEA-dan dərhal getməli, Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılmalı və ona qarşı cinayət işi açılmalıdır. Mehdiyev uzun müddət Azərbaycanı terrora məruz qoyub. Heç ermənilər bizə bu qədər terror etməyib. Azərbaycanda siyasi və mənəvi terrorun “xaç atası” Ramiz Mehdiyevdir. Buna baxmayaraq, Mehdiyev özünü mələk kimi göstərmək istəyir. 


 

- Ramiz Mehdiyev bütün bunları necə həyata keçirə bilib, nəyə arxayın olub?

 

- Aydındır ki, onun arxasında Rusiya durur. Rusiya kəşfiyyat idarəsi. Mehdiyevi, Nəcməddin Sadıkovu Rusiya qoruyur. Onların Moskvadan dəstəklənməsi realdır. Bu adamın Rusiyadan başqa hansısa digər ölkələrə səfər etməsi haqda məlumat varmı? Məsələn, o zaman Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq və “Xocalıya Ədalət” məsələsini gündəmə gətirmək üçün AMEA-nın İnsan Hüquqları İnstitutunda Rövşən Mustafayevin rəhbərliyi ilə alim heyəti yaradıldı. Biz Moskvaya gedib Diplomatiya Akademiyasında görüşlər keçirir, arxivləri açırdıq. Bu işə maliyyə də buraxılırdı. Nə qədər ki, Mehdiyevin bu işlərdən xəbəri yox idi, hər şey əla gedirdi. İlə 3-4 kitab işıq üzü görürdü.Sonra Rövşən Mustafayev öldü, bu işləri görənlər oradan uzaqlaşdırıldı. İnstitutu Aytən Mustafayevaya verdilər. Adam fars dili müəlliməsidir, özü də deputat olduqdan sonra hüquq elmləri doktoru oldu. Mehdiyev bu xanımın əli ilə həmin institutda Azərbaycan dövləti və milləti üçün iş görmək istəyənləri qovdu. Nə qədər şikayət edildisə, Aytən xanımın əl-qolunu bir o qədər çox açdı. İndi həmin institutun bir qəpiklik fəaliyyəti yoxdur, adı da müsbət işlərdə çəkilmir. Bu da Mehdiyevin fəaliyyətinin nəticəsidir. Halbuki, instituta kifayət qədər türkçülüyü, dövlətini sevən alimlər toplaşmışdı. Mehdiyev Rusiyanın tapşırığı ilə oranı məhv etdi. Mən də həmin institutun aspirantı olmuşam.

Ramiz Mehdiyev 2 ildən çoxdur ki, Prezident Administrasiyasından gedib. Amma orada adamları qalıb. Yerləşdirdiyi adamların bir çoxu hələ də vəzifədədirlər və xislət baxımından Mehdiyevə oxşayırlar. Bir müddət Prezident Administrasiyasının “qara mələyi” Fatma Abdullazadə ilə birləşdilər və Azərbaycan mədəniyyətini, elmini, əxlaqını kor qoydular. Yaxşı ki, Heydər Əliyev Fondu var idi. Mehriban xanım bir çox şeyləri xilas edə bildi, Mehdiyev də mane ola bilmədi. İndi də özünə bağışlamır ki, Mehriban xanım Azərbaycan mədəniyyətini qorudu, amma buna mane ola bilmədi.

Nə qədər ki, onun ölkənin müxtəlif qurumlarına yerləşdirdiyi adamlar var, bizim dövlət üçün problemlər yarana bilər. Mehdiyevin Prezident Administrasiyasından getməsindən bir il ötməmiş Azərbaycan Qarabağı azad etdi. Belə bir adamı Təhlükəsizlik Şurasında saxlamaq doğru deyil, hətta təhlükəlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.