Ədalət Vəliyev: "Qələbə ilə bağlı məkrli manipulyasiyaların qarşısı alınmalıdır"
"Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və milli həmrəyliyin qorunması istiqamətində aparılan təbliğat işlərinin mərkəzində 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər durmalıdır".
 
Senzor.az bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən müşavirədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.
 
“İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan Ermənistanı məğlub etdi və işğala son qoydu. Əldə olunmuş Qələbənin nəticəsində Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır” fikrini səsləndirən Administrasiyanın rəsmisi xüsusi olaraq vurğulayıb ki, Azərbaycan xalqının tarixinə yazılmış bu böyük Qələbə ilə bağlı qərəzli və məkrli informasiya manipulyasiyalarının qarşısı alınmalı, habelə xalqa qarşı olan bu cür xain hərəkətlər öz layiqli cavablarını almalıdır.
 
Eyni zamanda, vurğulanıb ki, partiyanın yerli təşkilatları tərəfindən qazi və şəhid ailələrinə xüsusi diqqət ayrılmalı və dövlətin mövcud istiqamətdə görülən işlərdə partiya üzvləri yaxından iştirak etməlidirlər. Qazi və şəhid ailələrinə göstərilən qayğı kontekstində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondunun fəaliyyəti xüsusi olaraq qeyd edilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xalqın birinci xidmətçisi mənəm” sözlərini xatırladan Administrasiyanın şöbə müdiri bildirib ki, YAP-ın yerli təşkilatları cəmiyyətə açıq olmalı, onların rəhbərləri isə bölgələrdə öz ictimai-siyasi fəallığı ilə vətəndaşların rəğbətini qazanmalıdırlar. Bu mənada, təyin olunmuş yerli təşkilatların sədrləri müasir siyasi proseslərin bütün xüsusiyyətlərini nəzərə alaraq, öz açıq və demokratik yanaşmaları ilə yanaşı, mütləq olaraq fəaliyyətlərində ictimaiyyətlə əlaqələr məsələlərinə də xüsusi diqqət ayırmalıdırlar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.