
Senzor.az bildirir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd olunub ki, sistemdə aparılan yeniləmə işlərinə görə, matça bilet satışı bu gün ərzində baş tutmayacaq.
Fevralın 21-i saat 11:00-dan isə biletlər yenidən satışda olacaq.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.