
Senzor.az bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir.
Qeyd olunub ki, Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı zor tətbiqi qəbuledilməzdir:
"Bu mənada Ukraynanın ərazi bütünlüyünü dəstəkləyir, bütün tərəfləri beynəlxalq hüquqa hörmət etməyə çağırırıq".
Bundan başqa, Türkiyə XİN məlum “tanınmadan” sonra Ukraynanın şərq bölgələrində yaşayan vətəndaşlarını həmin əraziləri tərk etməyə çağırıb: "Ukraynanın şərq bölgələrində baş verən son hadisələr çərçivəsində vətəndaşlarımızın bu ölkənin şərq bölgələrini tərk etmələri tövsiyə olunur. Vətəndaşlarımıza lazım olduqda Kiyevdəki səfirliyimizlə əlaqə saxlamaları tövsiyə edilir”.