“Mən demək olar, bütün məlumatları mediadan oxuyuram. Biz medianın peşəkarlığına üstünlük veririk".
Senzor.az bildirir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.
Prezident İlham Əliyevin də medianın nəzarətini yüksək qiymətləndirdiyini qeyd edən Kamran Əliyev Azərbaycan prokurorluğunun fəaliyyətinin mətbuat orqanlarında müsbət qiymətləndirilməsinə çalışdığını bildirib. Baş prokuror, həmçinin jurnalistlərə müraciət edərək onları sensasiya yaratmaq xatirinə məlumat yaymaqdan çəkinməyə çağırıb: "Bəzən jurnalistikanın adından istifadə edib, reketlik edənlər var. Həmin şəxslər prokurorluğa çağırılaraq müvafiq tədbirlər görülür. Mediada insanların şərəf, ləyaqətini alçaltmağa yönələn, sensasiya yaratmağa meylli məlumatlar olmamalıdır”.
Baş prokuror onu da deyib ki, bəzi hallarda media nümayəndələrini, sosial şəbəkə istifadəçilərini prokurorluğa dəvət edirlər.
O xatırladıb ki, bir sıra hallarda yazılanlarla bağlı həmin şəxslər barəsində inzibati icraat başlanılıb: “Cəmiyyətdə isə bizi buna görə qəbul etmir, prokurorluğu günahlandırırlar. Biz prokurorluq olaraq haqlı tənqidə açığıq. Biz mediaya açıq qurumuq. Lakin etik qaydalar var, onlar pozulmamalıdır. Bəzi media nümayəndələri qərəzli olaraq qıcıq yaradırlar. Bu da təbiidir. Lakin yazılarda etik qaydalar pozulmamalıdır”.