
Xəbəri TASS yayıb.
Onun sözlərinə görə, hazırda bu görüşü keçirməyin mənası yoxdur: "Mən müttəfiqlərlə və tərəfdaşlarla məsləhətləşdim. Hamı bununla razılaşdı. Və bu gün mən Rusiya xarici işlər nazirinə məktub göndərdim. Sergey Lavrovu bu barədə məlumatlandırdım”, - Blinken mətbuat konfransında bildirib.
Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.