Qərb ölkələri ötən əsrin 90-cı illərində Əfqanıstanda buraxdığı səhvləri təkrarlamamalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Pakistan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Muid Yusif deyib.
O bildirib ki, Əfqanıstan beynəlxalq ictimaiyyətin dəstəyindən məhrum olarsa, terrorizmin bütün regiona yayılması qaçılmaz olacaq: “Əfqanıstanda hərtərəfli hökumətin qurulması sülhün bərqərar olması üçün yeganə yoldur. Dünya birliyi Əfqanıstana iqtisadi dəstək göstərməyi də unutmamalıdır”.