
Senzor.az bildirir ki, qərarın lehinə 335 deputat səs verib.
Qərara əsasən, fövqəladə vəziyyət rejimi Donetsk və Luqansk vilayətləri istisna olmaqla, ölkənin bütün vilayətlərində 30 gün müddətində qüvvədə olacaq.
**15:25(23.02.2022)
Ukraynada fövqəladə vəziyyət elan olunub.
Senzor.az bildirir ki, məlumatı Ukraine.segodnya.ua nəşri yayıb.
Qeyd olunur ki, Ukrayna Təhlükəsizlik Şurası ölkənin bütün ərazisində fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul edib.
Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov həmçinin bəyan edib ki, Ukraynada hərbi səfərbərlik də elan edilə bilər, lakin hələlik belə bir qərar yoxdur.
Ukrayna Ali Radasından isə bildiriblər ki, qərar qanunverici orqanda təsdiqlənəndən sonra qüvvəyə minəcək və ölkədə fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.