“İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar tapılıb. Oradakı meyitlərin kimlərə aid olması ilə bağlı araşdırmalar aparılır”.
Senzor.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
E.Məmmədov qeyd edib ki, Ermənistan Birinci Qarabağ müharibəsində çox geniş şəkildə girovların götürülməsi praktikasından istifadə edib.
O vurğulayıb ki, girov götürülmüş şəxslərin sağ olması ilə bağlı narahatlıq var: “Azərbaycan vətəndaşı olan insanlarla bağlı aparılan təhqiqatlar onu göstərir ki, azərbaycanlı əsirlər işgəncələrə məruz qalır, olduqca pis şəraitdə saxlanılır. Onların aqibətinin qeyri-müəyyən olması bizdə narahatlıq yaradır”.
Nazir müavininin sözlərinə görə, Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq edir.