Saakaşvili Kiyevə transfer olunmasını xahiş edir
“BU TƏKLİFİMLƏ RAZILAŞSANIZ...”
Gürcüstanda məhkumluq həyatı yaşayan sabiq Prezident Mixail Saakaşvili ölkə rəhbərliyinə müraciət edərək müalicə üçün Kiyevə göndərilməsini təklif edib.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə gürcü siyasətçi Tbilisidə növbəti məhkəmə prosesində deyib.
 
Saakaşvili müalicədən sonra Tbilisiyə qayıtmağı və həbs cəzasını çəkməyə davam etməyi vəd edib.
 
“Bilirsiniz ki, həbsxanada aldığım travmalar nəticəsində məndə ciddi nevroloji vəziyyət yaranıb. Bu, dərhal müalicə tələb edir. Sizi Ukrayna XİN-in təklifi ilə razılaşmağa və mənim Ukraynaya müalicə üçün transfer olunmağıma razılaşmağa çağırıram”, - deyə Saakaşvili bildirib.
 
Onun sözlərinə görə, Kiyevdə vəziyyəti stabilləşdikdə Gürcüstana qayıdacaq. Həmçinin transferi Avropa ölkələrindən biri həyata keçirə bilər.
 
“Bu təklifimlə razılaşsanız, bütün tərəfdarlarımı etiraz aksiyalarını dayandırmağa çağıracam”, - deyə gürcü siyasətçi əlavə edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.