Senzor.az bildirir ki, bunu ictimaiyyət nümayəndələri Bakıda Ukrayna səfirliyi qarşısında keçirdikləri aksiyada bəyan ediblər.
Aksiya Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə keçirilib.
UABD-ın sədri Hikmət Cavadov Ukraynanın Azərbaycana hər zaman dəstək verdiyini xatırladıb: “Vətən müharibəsi zamanı Ukrayna beynəlxalq arenada Azərbaycanı dəstəkləyib. Biz də bu ğun Ukraynanın yanındayıq”.
Sonda aksiya iştirakçıları həmrəylik nümayiş etdirərək Ukraynanın Dövlət Himnini oxuyublar.