Rusiya nümayəndə heyəti ukraynalılarla danışıq üçün Belarusa gedib.
Senzor.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Nümayəndə heyətinə Rusiya Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Prezident Administrasiyası və digər qurumların nümayəndələri daxildir: “Biz Qomeldə bu danışıqlara başlamağa hazır olacağıq”.
Ukrayna Prezidenti Volodimir Zelenski təsdiqləyib ki, Kiyev Rusiya ilə həqiqətən sülh və danışıqlar istəyir.
O, Rusiyanın Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu da bildirib. Ukrayna lideri belaruslulara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz olmasını arzulayıb. Amma...
V.Zelenskinin sözlərinə görə, Kiyev məlum səbəblərdən Belarusda danışıqlara razı deyil.
Ukrayna Prezidenti vurğulayıb ki, başqa ölkələr danışıqlar üçün platforma ola bilər, Belarus isə yox: “Varşava, İstanbul, Bakı - biz danışıqlar üçün Rusiyaya bu şəhərləri təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”.
Senzor.az