Ukraynada həlak olan və yaralanan azərbaycanlılarla bağlı rəsmi açıqlama - YENİLƏNİB
Ukraynada hərbi qarşıdurma səbəbindən Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan azərbaycanlıların 8 avtomobildən ibarət kolonu 27 fevral 2022-ci il tarixində təxminən 2:00 radələrində tanınmamış “Dnestryanı Respublikası” yaxınlığında Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan atəşə tutulub.
 
Senzor.az bildirir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin yaydığı məlumatda belə deyilir.
 
Qeyd olunur ki, atəş nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan 1976-cı il təvəllüdlü İsmayılov Nemət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim və 1995-ci il təvəllüdlü İsmayılov Qabil həlak olublar.
 
Həlak olanların qohumlarından əldə edilən məlumata əsasən, daha dörd nəfər Azərbaycan vətəndaşı yaralanıb. Hadisə yerinə Ukrayna polisi gəlib, meyitlər morqa, yaralı vətəndaşlar isə xəstəxanaya aparılıb. Yaralananların vəziyyətinin yaxşı olduğu bildirilir.
 
Həmçinin 27 fevral 2022-ci il tarixində səhər 9:00 radələrində Xarkov şəhərinin mərkəzində sakitlik şəraitində küçəyə su almaq üçün çıxmış Azərbaycan Respublikasının vətəndaşı, 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov naməlum istiqamətdən gülləyə tuş gəlib.
 
Mərhumların nəşlərinin Azərbaycana göndərilməsi planlaşdırılır.

**12:52

Odessa şəhərini tərk edib Moldovaya getmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.
 
Senzor.az Odessada yaşayan soydaşlarımıza  istinadən bildirir ki, hadisə ötən gecə olub.
 
Qeyd olunur ki, həmvətənlərimizin 8 avtomobildən ibarət maşın karvanı sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal edilən silahlılar tərəfindən atəşə tutulub.
 
Atəş nəticəsində 3 soydaşımız dünyasını dəyişib, daha 4 nəfər isə yaralanıb.
 
Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədovun verdiyi məlumata görə, ölənlər 58 yaşlı Rəhim İsmayılov, onun oğlu 28 yaşlı Qalib İsmayılov, 46 yaşlı Nemət İsmayılov, yaralananlar isə 31 yaşlı Tacir Tağıyev, 28 yaşlı Niyazi Tağıyev, 25 yaşlı Camal Salmanov, 21 yaşlı Süleyman İsmayılovdur.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.