Ukrayna-Rusiya danışıqları Belarusda aparılacaq
ZELENSKİ DƏ TƏSDİQLƏDİ
Ukrayna və Rusiya arasında danışıqlar Belarusun Qomel şəhərində aparılacaq.
 
Senzor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, danışıqlarda Ukraynanı xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.
 
O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.
 
"Biz Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməsini razılaşdırdıq".
 
Bunu isə bir az əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski özünün” feysbuk”dakı hesabında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətinin nəticəsinə dair qeydlərində yazıb.
 
Onun sözlərinə görə, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.