
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
O vurğulayıb ki, söhbət Rusiya ilə bağlı olan bütün təyyarələrdən, o cümlədən “oliqarxların” şəxsi təyyarələrindən gedir.
Avropa Komissiyası rəhbərinin sözlərinə görə, Rusiya təyyarələri ittifaq ərazisi üzərində uça, eləcə də uçuş və eniş üçün Avropa hava limanlarından istifadə edə bilməyəcəklər.
Həmçinin, Aİ Rusiya gəmilərinin quruma üzv ölkələrin limanlarına girişinə qadağa qoyulmasını da nəzərdən keçirə bilər.
Bununla bağlı müzakirə bu gün Avropa Şurasının Xarici Əlaqələr üzrə fövqəladə iclası çərçivəsində baş tutmalıydı.