Əfqanıstanlı jurnalistlər BMT-ni təhlükəsizliklərini təmin etməyə çağırırb. Bununla bağlı jurnalistlər kollektiv şəkildə beynəlxalq quruma məktub ünvanlayıblar.
Bu barədə “Tolo News” məlumat yayıb.
"Mövcud problemləri və media işçilərinin həyatı, ailələri, əmlakı üçün artan təhdidləri nəzərə alaraq, BMT-dən bizim və ailələrimizin həyatını xilas etmək üçün dəstək istəyrik”, - məktubda vurğulanıb.
Bazar günü yerli “Pajhwok” agentliyi Beynəlxalq Jurnalistlər Federasiyasının əfqan həmkarlarından "Taliban" hərəkatının hakimiyyəti ələ keçirməsindən sonra ölkədən təxliyəyə kömək göstərilməsi üçün 2 mindən çox müraciət aldığını bəyan edib.
Azvision.az xatırladır ki, "Taliban" 15 avqustda bir neçə saat ərzində döyüşsüz Kabildə tam nəzarəti ələ aldı. Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etdi. "Taliban" bütün xarici qüvvələrə ölkədən çıxmaq üçün 31 avqusta qədər vaxt verib.