Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya əhəmiyyətli dəstək verdiyini və müharibəni bitirmək üçün bir çox addımlar atdığını bildirib.
“İnterfaks-Ukrayna” xəbər verir ki, o, bu barədə xarici jurnalistlərə Türkiyənin Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmaqdan imtinasını şərh edərkən deyib.
“Şəxsən bizim Prezident Ərdoğanla güclü şəxsi münasibətlərimiz var. Çox yaxşı münasibətlərimiz var. Oradan pilotsuz təyyarələr alınıb və bu, böyük bir şeydir. Ərdoğanın Ukraynaya kömək etdiyi bir çox məsələlər var. Mən ona çox minnətdaram. Siyasi səviyyədə o, həm də bir çox addımlar atır ki, Rusiya Prezidenti müharibəni başa çatdırmağın lazım olduğunu başa düşsün”, - deyə Zelenski vurğulayıb.
Zelenski, həmçinin qeyd edib ki, Türkiyə gələcəkdə Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevriləcək və Rusiya ilə danışıqlar prosesinə təsir göstərəcək.
O vurğulayıb ki, dünya liderlərinin çoxunda belə bir imkan yoxdur. Çox adam istəyir, amma az adamda belə bir fürsət var. Bundan ötrü liderin həm də hər şeyə təsir edə bilən güclü geosiyasəti, qlobal iqtisadiyyatı, ciddi şəxsi nüfuzu olmalıdır: “Ərdoğan məhz belədir. O, çox güclüdür, çox ciddi Prezidentdir və bizə kömək edir. Düşünürəm ki, Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatları verəcək ölkələrdən biri olacaq”.