
R.Kadırov bu barədə “Teleqram” kanalında yazıb.
O, özünü Putinin əsgəri saydığını bildirib: “Cənab Prezident, dəfələrlə demişəm ki, mən Sizin sıravi əsgərinizəm, Sizə görə canımı verməyə hazıram. Əsgərlərimizin, döyüşçülərimizin necə öldüyünü seyr edə bilmirəm. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və orada baş verənləri bir-iki günə, bir anda bitirsinlər. Yalnız bu, dövlətimizi və xalqımızı xilas edəcək. Bu, mənim qəti fikrimdir”.
O, Ukraynadakı vəziyyəti Rusiya üçün təhlükə adlandırıb və qeyd edib ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün aparılan danışıqlar yaxşıdır: “Lakin indi qardaşlarımız, qohumlarımız və dostlarımız çox az adamın lazımi diqqət yetirdiyi hərbi əməliyyatlar səbəbindən ölür”.