"Biz Qarabağdakı yarımçıq işlərimizi yekunlaşdırmaq, oranı bəzi ünsürlərdən təmizləmək üçün ilk növbədə Müdafiə Nazirliyini təmizləməliyik".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat Nazirlikdə aparılan yoxlamaların davam etdirilməsinin vacibliyini qeyd edib: "Nizami adlı general 80 milyon pul yeyib. Biz bu məsələyə elə yanaşmalıyıq ki, Ordumuzun güclənməsinə, haqsızlıqla üzləşən əsgərlərimizin haqqının bərpasına nail olaq... Ötən gün oxudum ki, orada Məlikməmməd adında bir zabiti də tutublar. Bu tək hansısa məmurun etdiyi qanunsuzluqlar deyil. Orada "div"lərin mənimsəmələri var. Orada oturan “div”ləri aradan qaldırmaq lazımdır. Bütün bunlar dərindən araşdırılmalı, tədbir görülməlidir".