Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Azərbaycana martın 5-dən 26-dək nəzərdə tutulan uçuşlarını dayandırıb.Senzor.az bildirir ki, bu barədə aviaşirkət özü məlumat yayıb.
Bildirilir ki, qərar mövcud geosiyasi vəziyyətə görə verilib. Aviaşirkət mart ayında Azərbaycanla yanaşı Ermənistana, İsrailə və BƏƏ-yə nəzərdə tutulan uçuşlarını da ləğv edib.