Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib ki, Ukraynadakı hərbi əməliyyatın dayandırılması yalnız Moskvanın tələblərinin yerinə yetirməsi şərtilə mümkündür.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya silahlı qüvvələri mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi həyata keçirir, zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir", - məlumatda deyilir.
Söhbət zamanı Putin Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğunu təsdiqləyib.
"Ümid edilib ki, danışıqların planlaşdırılan növbəti raundu zamanı Ukrayna nümayəndələri yaranan reallıqları tam nəzərə alan daha konstruktiv yanaşma nümayiş etdirəcəklər", - mətbuat xidməti əlavə edib.
Göründüyü kimi, burada Moskvanın tələblərinin nədən ibarət olduğu barədə heç nə deyilmir. Amma...
Martın 1-də keçirdiyi mətbuat konfransında Rusiyanın müdafiə naziri Sergey Şoyqu da demişdi ki, Rusiya məqsədinə çatanadək hərbi əməliyyatları davam etdirəcək.
Məqsədi nədən ibarət olduğuna gəlincə, S.Şoyqu detalları açıqlamasa da demişdi: “Bizim əsas məqsədimiz Rusiyanı Qərb dövlətlərinin yaratdığı hərbi təhlükədən qorumaqdır. Rusiya ordusu Ukrayna ərazisini işğal etmir, dinc sakinlərin həyatını və təhlükəsizliyini qorumaq üçün bütün tədbirləri görür. Qeyd etmək istəyirəm ki, zərbələr yalnız hərbi obyektlərə və yüksək dəqiq silahlarla endirilir”.