Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonası saxlamaq hüququnu tanıyıblar

ABŞ və Livan İsrailin Cənubi Livan ərazisində təhlükəsizlik zonası saxlamaq hüququnu tanıyıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu mətbuat konfransında deyib.

 

"Əldə olunan razılaşmalar çərçivəsində ABŞ və Livan İsrailin təhlükəsizliyi üçün zəruri olduğu müddətdə İsrailin Livan ərazisində təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıblar", - deyə Netanyahu bildirib.

 

Onun sözlərinə görə, İsrail "Hizbullah" hərəkatı və digər terror təşkilatları tərksilah edilənədək, Livan tərəfindən İsrailə yönələn təhlükə tam aradan qalxanadək təhlükəsizlik zonasını saxlamaqda davam edəcək.

 

Netanyahu həmçinin etiraf edib ki, pilot layihə çərçivəsində İsrail Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxarmağı planlaşdırır. Həmin ərazilərdən biri təhlükəsizlik zonasından kənarda, digəri isə onun sərhədində yerləşir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.