
Bakı ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Senzor.az bildirir ki, bu barədə Bakı şəhər DYPİ-dən məlumat verilib.
Qeyd olunub ki, görülən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.
Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.