
Ukrayna Prezidenti Volodimir Zelenski Konstitusiya Günü ilə bağlı fərman imzalayıb.
Senzor.az bildirir ki, fərmana əsasən təltif olunanlar arasında Azərbaycan diasporunun rəhbəri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavad da var.
Hikmət Cavad III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, hüquq elmləri doktoru olan Hikmət Cavad uzun illərdir Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir. O, həmçinin Ukrayna Ali Radası sədrinin müşaviri vəzifəsini tutur.
Hikmət Cavad eyni zamanda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibidir. O, 2016-cı ildə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.