
Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyun seçkilərindən sonra parlamentin rəhbərliyindən kənarlaşdırılan Alen Simonyanla münasibətlərinin pisləşdiyi barədə yerli KİV-lərin yaydığı məlumatı təkzib edib.
Senzor.az Ermənistan mediasına istinadən bildirir ki, Paşinyan bu barədə jurnalistlərin mövzu ilə bağlı sualını cavablandırarkən danışıb.
"Aramızda heç bir parçalanma yoxdur. Fikirlərimizi tutuşduracağıq və birgə fəaliyyətimizi davam etdirəcəyik", - deyə N.Paşinyan vurğulayıb.
Xatırladaq ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyası yeni parlamentin sədri vəzifəsinə vitse-spiker Ruben Rubinyanın namizədliyini irəli sürüb.
Məlumatlara görə, Paşinyan Alen Simonyana yeni vəzifə verəcək.