İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodriqesə başsağlığı məktubu göndərib.

 

Senzor.az bildirir ki, məktubda deyilir:

 

"Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

 

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki zəlzələ baş verib. Bolivar Respublikasının rəhbərliyi ölkədə fövqəladə vəziyyət rejimi elan edib. Zəlzələlər nəticəsində 1 700 nəfərdən çox insan həlak olub, daha 5 min nəfərin isə xəsarət aldığı bildirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.