Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı KALLASDAN AÇIQLAMA
VİDEO

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial media hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada keçirdiyi görüş barədə paylaşım edib.

 

Senzor.az bildirir ki, o, Türkiyənin Aİ üzvlüyünə namizəd ölkə və strateji tərəfdaş olduğunu bildirib.

 

“Türkiyə təhlükəsizlik, miqrasiya və enerji məsələlərində əsas tərəfdaşdır, həmçinin Aİ üzvlüyünə namizəd ölkədir. Bu gün Prezident Ərdoğanla Aİ-Türkiyə münasibətlərinin daha da möhkəmləndirilməsi və yaxşı qonşuluq münasibətlərinin əhəmiyyəti barədə fikir mübadiləsi aparmaq xoş oldu”, - Avropa İttifaqının baş diplomatı yazıb.

 

Kaya Kallas qeyd edib ki, görüş zamanı qlobal təhlükəsizlik problemləri və regional münaqişələr də müzakirə olunub: “Həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni, Yaxın Şərqdəki münaqişələri və Ankarada keçiriləcək NATO sammitinə hazırlıq məsələlərini müzakirə etdik. Türkiyə NATO-nun şərq cinahının qorunmasına mühüm töhfə verir”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.