
“ABŞ-ın təxribat olmadan endirdiyi zərbələr nəticəsində İranda çoxlu sayda insanın ölməsi bu qərarı verənlərin (Prezident Donald Trampı nəzərdə tutur - red.) adına şərəf gətirmir”.
“Teleqraf” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev İrana səfərinin yekunlarına dair jurnalistlərin suallarını cavablandırarkən deyib.
“İranın bütün rəhbərliyi, o cümlədən Ali rəhbər (Əli Xamenei) həlak olub. Çoxlu sayda mülki şəxs, məktəblilər də həyatını itirib. Əlbəttə, bütün bunlar belə qərarları qəbul edənlərin adına şərəf gətirmir”, - Medvedev vurğulayıb.