Ermənistan müxalifətinin seçki nəticələri ilə bağlı İDDİALARI RƏDD EDİLDİ
VİDEO

Ermənistanın Konstitusiya Məhkəməsi müxalifətin 7 iyun parlament seçkilərinin yekunlarının şikayət edilməsi ilə bağlı iddialarını rədd edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məhkəmənin qərarı ilə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) səsvermənin nəticələri barədə qərarı qüvvədə qalır. Dəqiqləşdirilir ki, işə baxılması altı gün davam edib və məhkəmə iclası təxminən 50 saat çəkib.

 

Xatırladaq ki, seçkilərin nəticələrini ləğv etmək və ya ikinci tur təyin etmək tələbi ilə "Güclü Ermənistan" və "Ermənistan" blokları, həmçinin "Yeni güc", "Respublika naminə", "Çiçəklənən Ermənistan", "Birlik qanadları" və "Demokratiya, qanun, nizam-intizam" partiyaları müraciət ediblər. Onlar təkid edirdilər ki, seçkilər zamanı sistemli və kütləvi pozuntulara yol verilib.

 

İyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100%-nin hesablanması yekunlarına görə, Paşinyanın "Mülki müqavilə" partiyası seçicilərin 49,83% səsini toplayıb ki, bu da ona təkbaşına hökumət formalaşdırmaq hüququ verir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.