
Şimali Atlantika Alyansının əbədi mövcudluğuna heç kim zəmanət verə bilməz.
Senzor.az bildirir ki, bunu "Der Spiegel" jurnalına müsahibəsində NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
"NATO-nun əbədi mövcudluğuna heç kim zəmanət verə bilməz. Amma düşünürəm ki, dövlət və hökumət başçıları indi gələcək ssenarilər barədə daha az spekulyasiya etməli və təcili olaraq lazım olan tədbirlərə diqqət yetirməlidirlər", - Stoltenberq bildirib.
Onun fikrincə, NATO-nun Avropa üzvü olan ölkələri müdafiə xərclərini daha əvvəl artırmağa başlamalı idilər.
"Onlar bunu etməyə başlayıblar; biz Almaniya da daxil olmaqla müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artdığını gördük. Amma təbii ki, bütün bunlar daha sürətli baş verə bilərdi", - Alyansın keçmiş baş katibi qeyd edib.
Sabiq baş katib əlavə edib ki, Vaşinqtonun gələcəkdə NATO-dan çıxmaq ehtimalı yaranacağı təqdirdə də Avropa ölkələrinin müdafiə imkanlarını gücləndirməsi vacib olacaq.