
İran ABŞ-ın ölkəyə endirdiyi zərbələrin İslamabad Anlaşma Memorandumunun müddəalarını pozduğunu bəyan edib.
Senzor.az bildirir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi “Fars” agentliyinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, ABŞ-ın İrana hücumu memorandumun birinci və ikinci bəndlərinin kobud şəkildə pozulmasıdır. Qəribabadi, həmçinin Vaşinqtonun son üç həftə ərzində sənədin şərtlərini dəfələrlə pozduğunu iddia edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında gəmilərə hücum edildiyi iddialarına cavab olaraq İrana qarşı bir sıra zərbələr endirildiyini açıqlamışdı.