İran ABŞ ilə razılaşmanı dayandırdı

İran ABŞ ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsindəki öhdəliklərini dayandırıb.

 

Senzor.az bildirir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

 

O qeyd edib ki, Vaşinqton razılaşma üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Tehran da öz öhdəliklərini faktiki olaraq dayandırıb.

 

Qəribabadi ABŞ-ın memorandumun bütün bəndlərini pozduğunu deyib.

 

“ABŞ Anlaşma Memorandumu çərçivəsində bütün öhdəliklərini pozub və bütün bəndləri dayandırıb. Buna cavab olaraq ölkəmiz də həmin memorandum üzrə öhdəliklərini dayandırıb və bu artıq həyata keçirilmir”, – deyə İran rəsmisi bildirib.

 

Qəribabadi ABŞ-ı danışıqlar prosesi davam etdiyi vaxt İrana qarşı hücumlara başlamaqda ittiham edib.

 

Onun sözlərinə görə, Vaşinqtonun bu yanaşması nəticə verməyib və İran buna cavab verib.

 

“ABŞ bir daha aqressiv mövqeyin nəticə verməyəcəyini başa düşdü və bu münasibətə lazımi cavabı aldı”, – deyə İran xarici işlər nazirinin müavini qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.