
Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl satmayıb.
Senzor.az ARDNF-ə istinadən bildirir ki, beləliklə, Fondun qızıl ehtiyatları 178,1 ton təşkil edib.
Bununla belə, bu il iyulun 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 31,4 % olub ki, bu da aprelin 1-nə nisbətən 4,2 faiz bəndi azdır. 2025-ci ilin iyulun 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 28,8 % olub.
Xatırladaq ki, Fondun bu il üçün təsdiq olunmuş investisiya portfelinə əsasən, qızıl altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 4 % olmaqla, investisiya portfelinin məcmu dəyərinin 35 %-ə qədəri ola bilər.