Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Vaşinqtonun Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı qətiyyətli addımlar atmaq niyyətini müzakirə etdiyini açıqlayıb.

 

“Teleqraf” xəbər verir ki, bu barədə Netanyahu hökumətin həftəlik iclasının əvvəlində bildirib.

 

Onun sözlərinə görə, Rubio ABŞ-ın beynəlxalq ədalət sistemini və demokratik dövlətlərin suverenliyini təhdid etdiyini iddia etdiyi BCM-ə qarşı qəti tədbirlər görmək niyyətini təsdiqləyib. Netanyahu həmçinin BCM-in fəaliyyəti ilə bağlı sərt tənqidlər səsləndirib.

 

İsrail Baş naziri qeyd edib ki, BCM-in prokuroru Kərim Xanın vəzifəsindən kənarlaşdırılması məhkəmədə ciddi problemlərin mövcud olduğunu göstərir.

 

Qeyd edək ki, BCM 2024-cü ilin noyabrında Qəzza zolağındakı münaqişə ilə əlaqədar Benyamin Netanyahu və İsrailin sabiq müdafiə naziri Yoav Qalant barəsində hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbs orderi çıxarmışdı. Amma İsrail məhkəmənin yurisdiksiyasını tanımır.

 

İyulun 24-də isə BCM-ə üzv dövlətlərin Assambleyası Kərim Xanı cinsi qısnama ittihamları ilə əlaqədar vəzifəsindən kənarlaşdırıb. Qərarın lehinə 125 üzv dövlətdən 82-si səs verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.