Zelenski Putinin nüvə hədəsini “blef”... QƏRBİN BƏZİ LİDERLƏRİNİ “CƏSARƏTSİZ” ADLANDIRDI
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı hədəsini “blef” adlandırıb.
 
Senzor.az
bildirir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 
 
"Məncə, nüvə müharibəsi təhlükəsi blefdir. Qatil olmaq başqa şeydir. İntihar etmək başqa şeydir", - Zelenski deyib.
 
Ukrayna Prezidenti həmçinin martın 9-da Rusiya hərbçilərinin Mariupolda doğum xəstəxanasına hava zərbəsi endirməsini ukraynalıların davam edən soyqırımının yekun sübutu adlandırıb.
 
"Öldürülmüş insanlar. Öldürülmüş uşaqlar. Doğum evinə hava bombası. Bu, ukraynalıların soyqırımının baş verdiyinə dair son sübutdur", - Zelenski bildirib.
 
Dövlət başçısı Avropaya üz tutub. Onun sözlərinə görə, avropalılar Rusiyaya qarşı sanksiyaları sərtləşdirməlidirlər ki, “işğalçının daha bu soyqırımı davam etdirmək imkanı” olmasın.
 
"Avropalılar, siz deyə bilməzsiniz ki, ukraynalıların başına gələnləri, Mariupolda Mariupol sakinlərinin başına gələnləri görməmisiniz. Gördünüz. Bilirsiniz. Ona görə də Rusiyaya qarşı sanksiyaları gücləndirməlisiniz", - Ukrayna Prezidenti əlavə edib.
 
V.Zelenski onu da bildirib ki, Rusiyanın öz hərəkətlərinin fəsadlarını hiss etməsi üçün iş gedir.
 
"Biz nəhayət, səmamızın təhlükəsizliyini təmin etmək üçün hər şeyi edirik. Bu mövqeyi dəstəkləyən ukraynalıların mütləq əksəriyyətinə minnətdaram: “İmza toplayan, Qərbdəki tanışlarını inandıran, sosial şəbəkələrdə yazan, mitinqlər təşkil edən... Biz birlikdə bəzi Qərb liderlərinin cəsarətini geri qaytarmalıyıq ki, onlar nəhayət, işğalın ilk günündə etməli olduqlarını etsinlər. Ya Ukrayna səması rus raketlərinə və bombalarına bağlanmalıdır, ya da bizə döyüş təyyarələri verin ki, hər şeyi özümüz edə bilək. Fasilə sadəcə ölümcül olur...”, - Zelenski vurğulayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.