Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi

Livan Prezidenti Cozef Aun İsrailin ölkənin cənubunda vəziyyəti gərginləşdirən addımları ilə barışmayacağını bəyan edib.

 

“Teleqraf” xəbər verir ki, bu barədə Prezident dəftərxanası məlumat yayıb.

 

Cozef Aun BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk ilə görüşündə Livanın ABŞ-da imzalanmış çərçivə sazişinə sadiq olduğunu, lakin İsrailin razılaşmanı pozmasına göz yummayacağını bildirib.

 

Prezident İsrail ordusunun Livan ərazisini vurmasını, evləri və kəndləri dağıtmasını Qəzzadakı planın bir hissəsi kimi qiymətləndirib. O, beynəlxalq ictimaiyyəti İsrailin bu cür hərəkətlərinin qarşısını almağa çağırıb

 

BMT rəsmisi Folker Türk isə öz növbəsində humanitar pozuntularla bağlı xüsusi hesabat hazırlamaq üçün bölgədəki vəziyyəti diqqətlə izlədiyini diqqətə çatdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.