Erməni baş məşqçi Azərbaycanı təriflədi:
BİZİ ÇOX YAXŞI QARŞILADILAR

"Bakı haqqında fikirlərim çox müsbətdir”. 

 

Offsideplus.az saytı xəbər verir ki, bu sözləri Ermənistanın U17 yığma komandasının baş məşqçisi Qaqik Xaçatryan jurnalistlərə açıqlamasında deyib.

 

O, Bakıda təşkilatçılığın yüksək səviyyədə olduğunu deyib: "Mən uzun illərdir məşqçi kimi fəaliyyət göstərirəm və bizi hər zaman belə qarşılamayıblar. Burada hər şey dəqiq təşkil olunub - əlaqələndirmə, yarışın təşkili, ümumi iş prosesi. Sadəcə, hər şey yüksək səviyyədədir. Mən 20 yaşım olanda da Bakıda olmuşam. O vaxt burada güləşmişdim. Amma həmin dövr tamam fərqli idi. İndi isə Bakı çox inkişaf edib.

 

Azarkeşlər də bizə qarşı mehriban idilər, onlar ədalətli mübarizəni dəstəkləyirdilər. Hakimlik də ən yüksək səviyyədə idi”.

 

Məşqçi Ermənistan komandasının çıxışını da dəyərləndirib: "Bu gün bir finalçımız və bir bürünc medalçımız oldu. Bundan əlavə, bir idmançımız beşinci yeri tutdu. Sabah isə daha iki idmançımız təsəlliverici görüşlərdə final mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacaq".

 

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.