
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ lideri Donald Trampı İrana yenidən zərbələr endirməyə həvəsləndirmədiyini bildirib.
"ABC News" telekanalı xəbər verir ki, bu barədə hökumət başçısı jurnalistin sualını cavablandırarkən deyib.
B. Netanyahudan Ağ Evdə Donald Trampla görüşərkən ona İrana hücum etməsi üçün təzyiq göstərib-göstərmədiyi soruşulub. O isə bu xəbərlərin yalan olduğunu söyləyib: "Xeyr, bu, sadəcə uydurmadır və doğru deyil. Biz iki dost kimi oturub vəziyyətlə bağlı üç fərqli yolu açıq şəkildə müzakirə etdik: İranla daha geniş razılaşma üzrə danışıqlar, Hörmüz boğazının blokadasını davam etdirmək və əlavə hərbi əməliyyatlar aparmaq. Bu variantlardan hansının seçiləcəyi ilə bağlı son qərar Donald Trampdan asılıdır”.(“Teleqraf”)