Almaniyada vətəndaşların hökumətə etimadı ƏN AŞAĞI SƏVİYYƏYƏ DÜŞÜB
SORĞU

“Handelsblatt” nəşrinin məlumatına görə, “Forsa” tədqiqat şirkəti tərəfindən Alman Dövlət Qulluqçuları Assosiasiyası (DBB) üçün aparılan sorğuya əsasən, Almaniya vətəndaşlarının cəmi 17 faizi hökumətin öz vəzifələrini yerinə yetirə biləcəyinə inanır.

 

Bu göstərici DBB-nin “Forsa”ya oxşar sorğular sifariş etməyə başladığı 2019-cu ildən bəri dövlət aparatına olan ən aşağı etimad səviyyəsidir. 2020-ci ildə - COVID-19 pandemiyasının ilkin mərhələsində respondentlərin 56 faizi hökumətə etibar etdiyini bildirmişdi. 2021-ci ildə respondentlərin təxminən yarısı hakimiyyətin öz vəzifələrini yerinə yetirdiyini bildirib. 2021-2025-ci illər arasında bu rəqəmlər 20 ilə 30 faiz arasında dəyişib.

 

Sorğu onu da göstərir ki, almanların maraqları dəyişib. Son iki ildə sığınacaq və miqrasiya siyasəti respondentlərin hökumətin uğursuzluğa düçar olduğuna inandığı məsələlər siyahısında birinci yerdə olub. Sorğuda iştirak edənlərin 30 faizi bu məsələni 2024 və 2025-ci illərdə hökumətin ən çox yükləndiyi sahə adlandırıb. 2026-cı ildə bu rəqəm 16 faizə düşüb, yəni, 14 faiz azalma olub.

 

Gündəlik məsələlər ön plana çıxıb. Respondentlər dövlət aparatının sosial siyasətdə, xüsusən də pensiyalarda, həmçinin vergi və maliyyə sahələrində səmərəsizliyindən şikayətləniblər. Bundan əlavə, onların 51 faizi son illərdə dövlət qurumlarının yarıtmaz fəaliyyət göstərdiyini bildirib. Cəmi 10 faiz vəziyyətin düzələcəyinə inanır.

 

Almanlar üç vəzifəni - sosial təminat sisteminin islahatını ( respondentlərin 55 faizi), iqtisadi artımın və iş yerlərinin təmin edilməsini (54 faiz) və infrastrukturun genişləndirilməsini (53 faiz) ən vacib hesab edirlər. Məhz bu üç sahədə hökumətin fəaliyyəti pis qiymətləndirilib: respondentlərin cəmi 11 faizi onun sosial təminat və iqtisadiyyatda, yalnız 15 faizi infrastrukturda müsbət fəaliyyətinə inanır.

 

Sorğu iyul ayında aparılıb və 2018 iştirakçını əhatə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.