
ABŞ Senatı İranla bağlı hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan daha bir Müharibə Səlahiyyəti Qətnaməsini qəbul etməyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səsvermə zamanı 49 senator qətnamənin lehinə, 50 senator isə əleyhinə səs verib.
Beləliklə, prezident Donald Trampdan ABŞ qüvvələrinin İrana qarşı döyüş əməliyyatlarında iştirakdan geri çəkməsini tələb edən sənəd Senatda cüzi fərqlə dəstək qazana bilməyib.
Xatırladaq ki, İranla bağlı hərbi əməliyyatlar başlayandan bəri Demokratlar Partiyasının üzvləri Müharibə Səlahiyyəti Qətnaməsinin qüvvəyə minməsi üçün 10 dəfədən çox qanunvericilik təşəbbüsü irəli sürüblər. Lakin Konqres tərəfindən müharibə elan edilmədiyi və ya hərbi güc tətbiq etmək üçün xüsusi icazə verilmədiyi təqdirdə, əməliyyatların dayandırılmasını nəzərdə tutan bu təşəbbüslərin heç biri Konqresin hər iki palatasının təsdiqini ala bilməyib.