
Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin sabit - 6,5 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Senzor.az Mərkəzi Banka istinadən bildirir ki, qərara görə, faiz dəhlizinin aşağı həddi 5,5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində saxlanılıb.
Qeyd olunub ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas götürülüb.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat sentyabrın 23-də açıqlanacaq.