Məhkəmə Köçəryanın Paşinyana qarşı iddiasını RƏDD ETDİ

Ermənistanda məhkəmə sabiq prezident Robert Köçəryanın Baş nazir Nikol Paşinyana qarşı şərəf və ləyaqətin müdafiəsi, eləcə də təzminat tələbi ilə qaldırdığı iddianı tamamilə rədd edib.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. 

 

Məlumata görə, 2025-ci il iyunun 5-də Ermənistan hökumətinin iclasında çıxış edən Baş nazir Nikol Paşinyan Robert Köçəryanı "rüşvətxor" adlandırmışdı. Paşinyan bildirmişdi ki, Köçəryan barəsindəki rüşvət işi üzrə cinayət təqibinin müddətin keçməsi əsası ilə dayandırılmasını özü xahiş edib və bunu onun günahını etiraf etməsi kimi qiymətləndirmişdi.

 

Bu bəyanatdan sonra Robert Köçəryan Paşinyanı məhkəməyə verərək onun şərəf və ləyaqətini ləkələyən məlumatı təkzib etməsini və mənəvi ziyana görə kompensasiya ödəməsini tələb etmişdi.

 

İrəvan şəhərinin Birinci İnstansiya Ümumi Yurisdiksiya Məhkəməsi 2026-cı il iyulun 23-də çıxardığı qərarla iddianı tam şəkildə rədd edib.

 

Qərarda qeyd olunub ki, Paşinyanın işlətdiyi "rüşvətxor" ifadəsi Köçəryanın iştirak etdiyi cinayət işi və onun həmin işdə nümayiş etdirdiyi davranış əsasında formalaşmış faktiki əsası olan qiymətləndirici mülahizədir. Məhkəmə bu nəticəyə gələrkən Ermənistan Kassasiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinad edib.

 

Nəticədə məhkəmə hesab edib ki, iddiaçının təqdim etdiyi sübutlar Mülki Məcəllənin müvafiq maddəsi üzrə iddianın təmin olunması üçün kifayət etmir və bu səbəbdən iddia rədd edilməlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.