Qazaxıstan Prezidenti: Müştərək tərəfdaşlığımızın gələcək prioritetləri müəyyənləşdirilməlidir

Müştərək tərəfdaşlığımızın gələcək prioritetlərini müəyyənləşdirmək vacibdir.

 

Senzor.az bildirir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə deyib.

 

Onun sözlərinə görə, bütün səviyyələrdə təmasların intensivliyi dövlətlərimizin qardaş xalqlarımızın rifahı və bütövlükdə regionun tərəqqisi naminə konstruktiv əməkdaşlığa sadiqliyini aydın şəkildə nümayiş etdirir: “Bu baxımdan XXI əsrdə Mərkəzi Asiyanın inkişafı naminə Dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında Müqavilənin imzalanması prosesinin başa çatması mühüm nailiyyət olub. Bu tarixi sənəd strateji tərəfdaşlığımızda yeni mərhələ açır, qarşılıqlı etimad, hörmət və qardaş xalqlarımızın ümumi gələcəyinə görə məsuliyyət prinsiplərinə əsaslanan regional əməkdaşlığın siyasi çərçivəsini formalaşdırır. Fürsətdən istifadə edərək, Türkmənistan Prezidentinə bu mühüm müqaviləyə qoşulduğuna görə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, növbəti mərhələ bu sənədin müddəalarının praktik icrası olmalıdır. Bununla əlaqədar dostluğun və mehriban qonşuluğun daha da möhkəmləndirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məqsədilə uzunmüddətli qarşılıqlı fəaliyyətimizin konkret istiqamətlərini müəyyən edən tədbirlər planının hazırlanmasını və sonradan qəbul edilməsini təklif edirəm”.

 

Qazaxıstan lideri onu da vurğulayıb ki, Azərbaycanın Məşvərətçi Görüşlərin tamhüquqlu iştirakçısı qismində bu formata qoşulması əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı olub: “Əminliklə demək olar ki, qarşılıqlı etimadın möhkəmlənməsi və regional əməkdaşlığın ardıcıl inkişafı sayəsində Mərkəzi Asiya hazırda müasir tarixinin ən uğurlu dövrlərindən birini, hətta demək olar ki, ən uğurlu dövrünü yaşayır. Azərbaycanın Məşvərətçi Görüşlərin tamhüquqlu iştirakçısı qismində bu formata qoşulması əməkdaşlığımızın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Birgə səylər nəticəsində siyasi dialoqun daha da dərinləşdirilməsi, investisiya, energetika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, vahid nəqliyyat-logistika sisteminin formalaşdırılması üçün əlverişli şərait yaranır”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.