
Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın yeni altıtərəfli əməkdaşlıq formatı region dövlətlərinin daha da yaxınlaşmasına kömək edəcək və əməkdaşlığa əlavə dinamika verəcək.
Senzor.az bildirir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi məşvərət görüşündə deyib.
"Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlunu bu iclasda salamlamaqdan səmimi qəlbdən şadam", - Prezident bildirib.
Berdiməhəmmədov xatırladıb ki, ötən il Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşündə Azərbaycanın bu formatda tamhüquqlu iştirakı barədə yekdil qərar qəbul edilib.
"Cənab İlham Heydər oğlu, icazə verin, Sizi və sizin simanızda Azərbaycanı bir daha təbrik edim", - dövlət başçısı qeyd edib.