Yaponiyanın Baş naziri zəlzələ ilə bağlı həmrəyliyinə görə AZƏRBAYCANA TƏŞƏKKÜR EDİB
FOTO

Yaponiyanın Baş naziri Sanae Takaiçi Kyuşu adasındakı Kumamoto prefekturasında baş vermiş güclü zəlzələ ilə bağlı başsağlığı verən və yardım təklif edən ölkələrə təşəkkür edib.

 

Senzor.az bildirir ki, Takaiçinin təşəkkür etdiyi ölkələr arasında Azərbaycan da var.

 

"Kumamoto zəlzələsi ilə əlaqədar bu günə qədər dünyanın bir çox ölkə və regionlarının sakinlərindən, eləcə də beynəlxalq təşkilatlardan səmimi başsağlığı mesajları və konkret yardım təklifləri almışıq. Fürsətdən istifadə edərək bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm", - Baş nazir vurğulayıb.

 

S. Takaiçi Azərbaycan daxil olmaqla, 56 ölkəyə və 7 beynəlxalq təşkilata minnətdarlığını ifadə edib.Yaponiyanın baş naziri zəlzələ ilə bağlı həmrəyliyinə görə Azərbaycana təşəkkür edib - FOTO

Xatırladaq ki,iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub, hakimiyyət orqanları sunami xəbərdarlığı elan edib, lakin bu xəbərdarlıq sonradan ləğv olunub. Son məlumatlara görə, zəlzələ nəticəsində 34 nəfər həlak olub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.