ABŞ Yaxın Şərqdəki vətəndaşlarına çağırış etdi: BÖLGƏNİ TƏRK EDİN...

Yaxın Şərqdə davam edən gərginlik fonunda ABŞ-ın İordaniyadakı səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını daha ehtiyatlı olmağa və bölgəni tərk etmək imkanını nəzərdən keçirməyə çağırıb.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, diplomatik nümayəndəlikdən bildirilib ki, səyyahlar aviareyslərin ləğv edilə biləcəyinə, hava məkanının müvəqqəti bağlanmasına və nəqliyyatın fəaliyyətində fasilələrin yaranmasına hazır olmalıdırlar.

 

Yaxın Şərqdən kənarda olan ABŞ vətəndaşlarına isə bölgəyə səfər planlarını yenidən nəzərdən keçirmək, həmçinin hava limanları və aviaşirkətlərin yaydığı məlumatları diqqətlə izləmək tövsiyə olunub.

 

Səfirlik ABŞ ilə əlaqəli obyektlərə, o cümlədən diplomatik nümayəndəliklərə, şirkətlərə və digər təşkilatlara mümkün hücum riski barədə də xəbərdarlıq edib. Amerika tərəfinin qiymətləndirməsinə görə, İranın və onunla əlaqəli qruplaşmaların addımlarını öncədən proqnozlaşdırmaq çətindir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.