
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan yeni hökumətin tərkibini təsdiqləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yeni kabinetdə 12 nazirdən 10-u vəzifəsinə yenidən təsdiqlənib.
Məlumata görə, yeni hökumətdə yeganə yeni sima David Tadevosyan olub. O, yüksək texnologiyalar sənayesi naziri təyin edilib və bu vəzifədə Mxitar Ayrapetyanı əvəz edib.
Bundan başqa, Mher Qriqoryan və Tiqran Xaçatryan baş nazirin müavinləri təyin olunublar.